AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yerin yaxınlığından asteroid keçəcək

12.06.2023 / Maraqlı məlumatlar

İyun ayının 12-də (488453) 1994 XD asteroidi Yerə maksimum yaxınlaşaraq 3 mln km məsafədən keçəcək.

Asteroid 1 dekabr 1994-cü ildə Kit-Pik rəsədxanasında aşkar olunub. O, Apollonlar ailəsinə aid asteroiddir. Bu asteroidlər Yerətrafı asteroid qrupu olub, Günəşə Yerdən daha çox yaxınlaşırlar və orbitləri Yer orbitinə daxil olur.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Asteroid perihelidə Veneranın orbitini də keçərək Günəşə 90 mln km yaxınlaşır. Afelidə isə Marsın da orbitini ötərək Günəşdən 630 mln km uzaqlaşır. Ölçüsü 600-800 km olan (488453) 1994 XD asteroidi Günəş ətrafında 3.59 ilə (1313 Yer sutkası), öz oxu ətrafında isə 3 saata fırlanır. Asteroidin 2005-ci ildə ölçüsü 150 m olan kiçik peykinin də olması məlum olub. Peyklə asteroidin arasındakı məsafə 200 m-dir və peyk asteroidin ətrafında 18 saata dövr edir. (488453) 1994 XD-ün orbit müstəvisi Yerin orbit müstəvisi ilə ~4o-lik bucaq əmələ gətirir və 18 ildən bir Yerə ən yaxın məsafədən keçir (~3 mln km). Asteroidin belə yaxınlaşması onun ölçüsünün dəqiq təyin olunmasına və səthinin relyefinin xəritələşdirilməsinə şərait yaratmış olur. 

Asteroid iyunun 12-si Bakı vaxtı ilə saat 02:53-də gecə göyünün Şimal yarımkürəsində Qu bürcündən Sefey bürcünə keçəcək. ~14m vizual ulduz ölçüsünə malik asteriodi orta ölçülü teleskopda belə müşahidə etmək çətin olacaqdır. 

Hesablamalar göstərir ki, asteroidin Yerlə toqquşması ehtimalı 2174-cü ilə kimi demək olar ki, 0-a yaxındır. Asteroid Yerə nəzərən sürətlidir və onun sürəti 21 km/san-dir. Bu səbəbdən Yerin cazibəsinə düşmək ehtimalı olmadığına görə, planetimizin yaxınlığından təsirsiz ötüb keçəcəkdir.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi