İSİ-nin icraçı direktoru buraxılış işlərinin qiymətləndirilməsində iştirak edib
24.06.2023 / Mühüm xəbərlərAR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov 19-21 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri kimi azərbaycan və rus bölmələrində təhsil alan 40-dan çox tələbənin buraxılış işlərininin müdafiəsində iştirak edib.
DİA-da inkişaf etmiş və yüksək tələblərə cavab verən mütəxəssis yetişdirilməsinə istiqamətlənən nümunəvi təhsil mühitindən bəhs edən alim gənclərin ölkənin mühüm elmi və elmi-texnoloji məsələlələrinin həllinə cəlb edilməsinin önəmini vurğulayıb. Ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirən Ə.Sadıqov gənclərə böyük elmi nailiyyətlər arzulayıb.