
İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatmışdır

2023-cü il iyun ayının 1-dən iyul ayının 5-dək magistrantların 2022/2023-cü tədris ili üzrə yay imtahan sessiyası keçirilmişdir.
İdarəetmə Sistemləri İnstitutunda yay imtahan sessiyası ərzində “Kompüter elmləri” ixtisası üzrə I kursda təhsil alan 5 magistrant ümumilikdə 6 imtahanda iştirak etmişdir.
3 iyul 2023-cü il tarixində yay imtahan sessiyasının son imtahanı keçirilmişdir. Magistrantlar fənn müəllimi – texnika elmləri doktoru, professor Allahverdi Həsənovun tədris etdiyi “Müasir idarəetmə nəzəriyyəsi” fənnindən imtahanda iştirak ediblər.
Bununla da, İdarəetmə Sistemləri İnstitutunda 2022/2023-cü tədris ilinin yay imtahan sessiyası başa çatmışdır.