
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş elmi işçisi, t.e.d. Elxan Səbziyev 9-11 noyabr 2023-cü il tarixlərində Ukraynanın Su və Ətraf Mühit Mühəndisliyi Universitetində keçiriləcək “Modelləşdirmə, nəzarət və informasiya texnologiyaları (MCIT-2023)” VI Beynəlxalq Elmi-Praktik Konfransın proqram komitəsinin üvzü seçilib.
Konfrans aşağıdakı elmi mövzuları əhatə edəcək:
- Hidroinformatika və su ehtiyatlarının idarə edilməsi;
- Proqram mühəndisliyi və informasiya texnologiyaları;
- Əşyaların İnterneti (IoT) və süni intellekt;
- Kiber və informasiya təhlükəsizliyi;
- Biologiya və tibbdə kompüter texnologiyaları;
- Riyazi, kompüter modelləşdirmə və hesablama üsulları;
- Robot texnikası, avtomatlaşdırma və idarəetmə;
- Ağıllı şəbəkələr və ağıllı istehlakçılar;
Konfransda iştirak ödənişsizdir.
Konfransa qeydiyyat və məqalənin təqdim edilməsi üçün son tarix – 15 sentyabr 2023-cü il.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://itconf.nuwm.edu.ua