AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google süni zəka əsaslı bloknot tətbiqini istifadəyə verib

14.07.2023 / Maraqlı məlumatlar

May ayında keçirilmiş Google I/O 2023 konfransı çərçivəsində şirkət Project Tailwind adlı süni zəka sisteminin prototipini sərgiləmişdi. Bu sistem bəzi hallarda yığılaraq çoxluq təşkil edən sənədlər və qeydlərlə çalışma prosesini sadələşdirmək üçün istifadəçiyə yardım məqsədi daşıyır. İndi isə məlum olub ki, şirkət sənədlər və qeydlərlə çalışmaqda istifadəçiyə yardım olan bu süni zəka sistemi adi istifadəçilərə də təqdim edilib. Project Tailwind ABŞ-da NotebookLM adı altında məhdud sayda istifadəçi üçün istifadəyə verilib. Google bildirib ki, bu məhsulun süni zəka əsaslı dil modeli yalnız istifadəçinin mənbələri və qeydləri əsasında təlimatlandırılır və digər çat-botlarda olduğu kimi internetə çıxış imkanına sahib deyil.

 

NotebookLM faktiki olaraq süni zəka əsaslı bloknot rolunda çıxış edir. O, bu və ya digər mətnin qısa tərkibini tərtib edir, mətndəki əsas fikirləri ayırır və həmin fikirlər əsasında yeni ideyaları tərtib edir. NotebookLM-in tətbiqinin hal hazırki versiyası istifadəçinin Google Docs-dan yüklədiyi kontentlər əsasında təlimatlandırılır. İstifadəçi bir neçə sənədini seçərək onlar barəsində suallar vermək və ya onların əsasında yeni sənədləri hazırlamaq üçün NotebookLM-dən istifadə edə bilər. Məsələn istifadəçi NotebookLM-ə hansısa video ideyasını yükləyə və sistemdən həmin ideyanın əsasında ssenarinin tərtib edilməsini istəyə bilər.

 

Və ya öz layihəsi üçün əlavə vəsaitlərin cəlb edilməsini istəyən sahibkar NotebookLM-ə öz layhihəsini yükləyə və sistemdən potensial investorların ona hansı sualları verə biləcəklərini soruşa bilər. Bununla belə Google şirkəti bildirib ki, digər süni zəka əsaslı dil modellərində olduğu kimi NotebookLM-in işində də bəzi səhvlər ortaya çıxa bilər. Buna görə də sistem tərəfindən təqdim edilən məlumatları və ideyaları əlavə olaraq yoxlamaqda fayda var.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi