AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kainatın əsl yaşı iki dəfə böyük ola bilər

19.07.2023 / Maraqlı məlumatlar

Kanadalı alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən kainatın yaşı əslində 26.7 milyard il təşkil edə bilər. Bu isə öz növbəsində Lambda-CDM modelinə əsaslanan 13.7 milyard il yaş göstəricisini şübhə altına atır. Daha çox standart kosmoloji model kimi tanınan Lambda-CDM modeli çox geniş yayılmış bir modeldir və o, kainatın ilkin mərhələlərdən bu günə kimi olmuş təkamülünü təsvir edir. Uzun illər ərzində astronomlar və fiziklər kainatın yaşını çox uzaq məsafədə yerləşən qalaktikalardan gələn işığın qırmızıya sürüşmə hadisəsi əsasında təyin edirdilər. 2021-ci ildə bu model əsasında kainatın yaşı 13.797 milyard il təyin edilmişdi. Kanadalı alimlərin aparmış olduqları yeni tədqiqat isə standart kosmoloji modelə meydan oxuyur və ilkin qalaktikalar ilə bağlı olan problemin həll üsulunu təklif edir.

 

Alimlər kainatın yaşından daha çox yaşa sahib ulduzların mövcudluqlarından heyrətə gəliblər. Buna misal olaraq Yer kürəsindən təqribi olaraq 190 işıq ili uzaqlığında yerləşən HD 140283 adlı ulduzu gətirmək olar. Bəzi hesablamalara əsasən sözügedən ulduzun yaşı 16 milyard il təşkil edə bilər. James Webb kosmik teleskopunun işə salınması sayəsində alimlər çoxlu sayda yeni kəşflər etdilər. Onların arasında Böyük partlayışdan qısa müddət sonra formalaşmış qalaktikalar da mövcuddur. Kainatın erkən vaxtlarında qalaktikaların aşkar edilməsi də öz növbəsində kainatın real yaşı məsələsində bəzi suallar doğurdu. Alimlər James Webb vasitəsilə Böyük partlayışdan 300 milyon il sonra formalaşmış qalaktikaları aşkar etdilər. Lakin bu cür qalaktikaların təkamülləri və kütlələri milyardlarla ili əhatə etməlidirlər.

 

Üstəlik aşkar edilmiş bu cür qalaktikalar ölçü baxımından da kiçikdirlər. Bu da öz növbəsində alimlərdə əlavə sualların yaranmasına səbəb olub. Ottava Universitetinin fizika professoru Rajendra Gupta Lambda-CDM modelini 1929-cu ildə Fritz Zwicky adlı astrofizik tərəfindən irəli sürülmüş yaşlanan işıq konsepti ilə birləşdirərək qırmızıya sürüşmə halını hibrid hal kimi qəbul edib. Zwicky-nin konseptinə Gupta həmçinin təkamülə məruz qalan əlaqə konstantlarını əlavə edib. Əlaqə kontantları isə keçən əsr britaniyalı fizik Paul Dirac tərəfindən irəli sürülmüşdü. Əlaqə konstantları hissəciklər arasında qarşılıqlı əlaqənin fundamental fiziki konstantlarıdır. Paul Dirac-a əsasən sözügedən konstantlar zamanla dəyişmiş ola bilərlər.

 

Konstantların dəyişikliyə məruz qaldıqlarını nəzərə alsaq, James Webb tərəfindən müşahidə edilən erkən qalaktikaların formalaşma müddətləri bir neçə yüz milyon ildən bir neçə milyard ilə yüksələ bilər. Bu öz növbəsində qədim qalaktikaların inkişafları və kütlələrindəki qəribəlikləri izah edir. Gupta güman edir ki, kosmoloji sabitliyin qəbul edilmiş təfsirinə (qaranlıq enerjinin təsiri ilə kainatın genişlənmə sürətinin artması) yenidən nəzər yetirmək lazımdır. O, kosmoloji sabitliyin yeni təfsiri kimi əlaqə konstantlarının təkamülünü təklif edir. Kosmoloji modelin bu cür versiyası kosmologiya ilə bağlı kiçik suallara cavab verir və erkən kainatda müşahidə edilən qalaktikaların formalaşma müddətlərinə aydınlıq gətirir. Nəticə etibarilə bu cür kosmoloji modelə əsasən kainatın yaşı 13.7 milyard il deyil, 26.7 milyard il təşkil edir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi