AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik hava durumu və proqnozu

17.07.2023 / Maraqlı məlumatlar

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. M (R1-R2) sinif alışmalar üstünlük təşkil edərək, maksimum sinifli alışma (M 6.97) 12 iyul tarixində qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 5 ləkə qrupu və 96 ləkə müşahidə olunur. Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya qeydə alınmışdır. Hesabat dövrü ərzində qismən və birbaşa Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində Tac dəliyi müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 933 pfu) olmuş, 10 MeV-dən çox enerji yüklü proton seli isə 15 iyuldan artmağa başlamış, 16 iyulda S1 səviyyəli radiasiya qasırğası qeydə alınmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimum sürəti 489 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 18 nT, radial istiqamətdə isə -12 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti 461.6 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 10.51 nT, radial istiqamətdə isə 0.42 nT təşkil edir.

16 iyul  axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60%, X (R3) sinif isə 25% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin Tac Kütlə Atılmalarının təsiri ilə yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin 3363 oblastının təsiri ilə S1 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var. 16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş vermiş, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlmişdir. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi