İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
11.09.2023 / Mühüm xəbərlərAR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi” laboratoriyasının müdiri, r.e.d. İlqar Məmmədov və doktorantı, Azərbaycan Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Aynurə Abdullayevanın həmmüəllifi olduqları “S.L.Sobolev fəzasında funksiyaların inteqral göstərilişi və onların sərhəd məsələlərinə tətbiqləri” adlı məqalə “American Journal of Applied Mathematics” jurnalnda dərc olunub.
Qeyd edək ki, İ.Məmmədov sözügedən nüfuzlu jurnalın redaksiya heyətinin üzvüdür.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
http://www.applmath.org/article/148/10.11648.j.ajam.20231104.11