AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan alimləri qlobal təbiət problemlərinin həllində iştirak edəcəklər

21.09.2023 / Mühüm xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (AR ETN) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nümayəndə heyəti baş direktor, akademik Əli Abbasovun rəhbərliyi ilə Çin Xalq Respublikasında səfərdə olmuşlar. Səfərin məqsədi uzaqdan zondlama və müşahidə metodları ilə Yer haqqında aerokosmik informasiyanın toplanması, İpək Yolu ölkələrində Data mərkəzlərdə yerləşdirilməsi və emalı vasitəsilə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramı çərçivəsində XXI əsrin qlobal Yer problemlərinin, o cümlədən təbii fəlakətlər, iqlim dəyişiklikləri, su resurslarının idarə olunması və digər təbiət problemlərinin həllində Çin alim və mütəxəssisləri ilə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi olmuşdur.

 

Səfər əsnasında nümayəndə heyəti Çin Elmlər Akademiyasının (ÇEA) Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda və tədqiqat mərkəzlərində, Çin Milli Kosmik Administrasiyasının Yer Müşahidə Sistemi və Məlumat Mərkəzində, Şimali Çin (Pekin) Aerokosmik Mühəndislik Universitetində, Quançjou Universitetində və universitetlərin elmi-tədqiqat institutlarında, Şençjen şəhərində Süni İntellekt Assosiasiyasında görüşlər və müzakirələr aparmışlar. Qonaqlar, həmçinin elm-sənaye platformasına əsaslanan aşağı orbitli peyklərin Yer haqqında informasiya xidmətləri verən IPLOOK Technologies Co.,Ltd, China Communication Sevices Corporation, Twenty First Century Aerospace Technology Co. (21AT) və intellektual robotların istehsalı ilə məşğul olan DOBOT şirkətini ziyarət etmiş və yaxından tanış olmuşlar. Görüşlərdə əsasən aerokosmik informasiyanın emalı, birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi və kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsi qənaətinə gəlmişlər.

 

Səfər müddətində Azərbaycan və Çin alimləri “Bir kəmər - Bir yol” təşəbbüsü platformasında Çin Elmlər Akademiyasının Elm Proqramı çərçivəsində fəzadan Yer kürəsinin tədqiqi məsələlərində, o cümlədən Avropa və Asiya arasında Azərbaycan Respublikasının da aktiv iştirakçısı olduğu “Orta Koridor” boyunca nəqliyyat və logistika məsələlərində elmi tutumlu problemlərin həllində birgə əməkdaşlıq üzrə müzakirələr aparmışlar.

 

ÇEA-nın Aerokosmik İnformasiya Tədqiqatları İnstitutu və AR ETN İdarəetmə Sistemləri İnstitutu arasında uzaqdan zondlama ilə aerokosmik informasiyanın emalı sahəsində elmi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sözügedən birgə işlərin həyata keçirilməsində yuxarıda qeyd olunan Çin aerokosmik müəssisələri ilə birlikdə Azərbaycan Azərkosmos ASC, Milli Aerokosmik Agentliyi (MAKA), Milli Aviasiya Akademiyasının və AR ETN İnformasiya Texnologiyaları İnstitutunun da alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi