AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elektron test sistemi” üzrə treninq iştirakçılarına sertifikatlar təqdim olundu

19.05.2017 / Xəbərlər

Cari ilin aprelin sonu və mayın əvvəllərində AMEA rəhbərliyinin tapşırığı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşları üçün yenidən "Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib. Treninqlərdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41 nəfəri imtahanlardan uğurla keçib. İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Quliyeva Sevinc və Hidayətzadə Səyyarə də bu siyahıya daxildir.

18 may 2017-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda treninqləri müvəffəqiyyətlə başa vurmuş istirakçılara sertifikatlarların təqdim olunması məqsədilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirib ki, hazırda təhsil prosesində geniş istifadə olunan test texnologiyaları imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin "İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir. Bu prosesdə AMEA-nın elmi müəssisələrinə İKT-nin tətbiqi ilə bağlı texniki dəstəyin göstərilməsi İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı institutun mütəxəssisləri tərəfindən hazırlanıb. 28 elmi müəssisənin müraciəti əsasında bu institutlarda imtahanların test üsulu ilə keçirilməsi üçün zəruri texniki avadanlıqların təminatı ilə bağlı məsləhətlər verilib. Hazırda elektron test sistemi bu müəssisələrdə uğurla tətbiq olunur.

Sonda treninqi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi