AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak ediblər

06.10.2023 / Mühüm xəbərlər

2-6 oktyabr 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov, Kəsilməz proseslərin modelləşdirilməsi və idarəedilməsi laboratoriyasının müdiri, dosent Ədalət Paşayev və baş elmi işçi, t.e.d. Elxan Səbziyev 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC) məruzə ilə çıxış ediblər. “Aerokosmik təsvirlərdə obyektin tanınması haqqında” (On the object recognition in aerospace images) adlı məruzədə çəkilmiş aero-fotoşəkillərin və ya onlarda olan obyektlərin oriyentasiyasından asılı olmayaraq dəyişməz qalan xüsusiyyətlərinə əsaslanan tanınma alqoritmi işlənilmişdir.

 

Metodun əsas ideyası ondan ibarətdir ki, şəkillərdə verilən təsvirlər üçün iki ölçülü fiqurların statik moment xüsusiyyətləri tətbiq oluna bilər. Bu xüsusiyyətlərə həndəsi fiqurların “ağırlıq mərkəzi” və “əsas ətalət oxları” daxildir. Həmin xüsusiyyətlər cismin kosmosdan görünən oriyentasiyasından asılı deyil, yalnız onun öz formasına nəzərən müəyyən olunur. Şəklin çəkilmə bucağı az dəyişdikdə, bu xüsusiyyətlər də az dəyişir. Müxtəlif aerokosmik tədqiqatlar zamanı obyektlərin müvafiq xüsusiyyətlərinin hesablanması onların oriyentasiyasını müəyyən etməyə, bununla da onları vahid standarta gətirməyə və identifikasiya etməyə imkan verir.

 

Məruzədə, həmçinin tədqiq olunmuş yanaşmaya əsaslanaraq aerokosmik təsvirlərdə obyektlərin tanınması üçün uyğun neyron şəbəkənin strukturu və öyrədilmə mexanizm təklif olunmuşdur.

 

Azərbaycanda kosmik sahənin və qabaqcıl texnologiyaların inkişafına və modernləşdirilməsinə xidmət edən konqresdə 101 ölkədən kosmik agentliklərin, dövlət qurumlarının 5 mindən çox nümayəndəsi, investorlar və özəl kosmik şirkətlər, o cümlədən 50-yə yaxın astronavt iştirak edib. Konqresin sərgi pavilyonunda 150 şirkət təmsil olunub. Sərgidə iştirak edən agentliklər və şirkətlər arasında ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İtaliya, Fransa, Hindistan və digər ölkələrin kosmik agentlikləri olmuşdur.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi