AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır

24.10.2023 / Maraqlı məlumatlar

Microsoft şirkəti özünün tədqiqat şöbəsinin Project Silica adlı yeni layihə üzərində çalışdığını elan edib. Sözügedən layihə məlumatların saxlanması üçün nəzərdə tutulmuş yeni texnologiyanın hazırlanmasına istiqamətlənib. Məlumatda qeyd edilib ki, bu layihə çərçivəsində şüşə materialdan hazırlanmış ovuc ölçüsündə panel özündə 7 TB həcmində məlumatı yerləşdirə bilər. Lakin sözügedən şüşə panelinin əsas üstünlüyü ondadır ki, o, məlumatları 10 000 il ərzində saxlaya bilər. Məlumatların saxlanması və çıxarılması mövzusunda Project Silica-da 4 texnologiyadan istifadə edilir.

- Write Lab (məlumatların yazılışı texnologiyası): Sözügedən texnologiya çərçivəsində məlumatlar şüşə panel daxilinə qısa lazer impulsları vasitəsilə 3D piksellər şəklində yazılır.
- Read Lab (məlumatların oxunuşu texnologiyası): Bu, kompüter idarəsi vasitəsilə məlumatları oxuyan mikroskopdur.
- Decode Lab (məlumatların deşifrələməsi texnologiyası): Bu texnologiya çərçivəsində məlumatlar Azure AI sisteminin köməkliyi ilə kompüter tərəfindən oxunula bilən standart formata deşifrə edilir.
- Library Lab (kitabxanalar texnologiyası): Sözügedən texnologiya çərçivəsində baxış üçün müəyyən məlumatların əldə edilməsi sorğusu göndərilir və robot, sorğusu göndərilmiş lazımi məlumatları kitabxanada axtarıb taparaq onları oxuyucu cihaza yerləşdirir.
     Məlumata əsasən şüşə panel özündə yüksək keyfiyyətdə 1.75 milyon musiqini və 3500 filmi birləşdirə bilər. Qeyd etmək lazımdır ki, Project Silica kommersiya nöqteyi nəzərdən hələ sərfəli bir layihə deyil. Microsoft bildirib ki, sərfəli layihəyə çevrilmək üçün onun 3-4 mərhələli inkişafa ehtiyacı var.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi