Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında baş tuta bilər
06.11.2023 / Maraqlı məlumatlarSpaceX şirkəti bildirib ki, Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında reallaşdırıla bilər. Qeyd etmək lazımdır ki, şirkət ikinci uçuş cəhdini reallaşdırmaq üçün ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən lazımi icazəni əldə edib. Görünür, şirkət ekoloqlar tərəfindən icazənin verilməsini gözləyir. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti Starship-in ilk orbital uçuşunu aprel ayında reallaşdırmağa cəhd göstərmişdi. Həmin missiya çərçivəsində Starship 40 km hündürlükdə idarəsi mümkün olmayan manevrlər reallaşdırmağa başladı. Nəticədə şirkət mütəxəssisləri məcburiyyət qarşısında qalaraq Starship-i səmada partlatmalı oldular. Elon Musk daha öncə qeyd etmişdi ki, ilk orbital uçuşun ikinci cəhdinin uğurlu olma şansı daha yüksəkdir.