AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanın tarixi qələbəsindən üç il ötür

08.11.2023 / Mühüm xəbərlər

“44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və biz buna nail olduq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

 

Bu gün Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərinin üçüncü ildönümüdür. Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə müzəffər Azərbaycan Ordusu əks-hücüm əməliyyatına başladı. Məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi arenada mütləq qələbəsi ilə nəticələndi. Uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımız düşməndən azad edildi, xalqın doğma yurd həsrətinə 44 gündə son qoydu.

 

Dünya hərb tarixinə misli görünməmiş qələbə kimi həkk olunan Vətən müharibəsinin ən şanlı səhifələrindən biri də Qarabağın incisi hesab olunan Şuşa şəhərinin əsarətdən xilas edilməsi oldu. Döyüş meydanında düşmən qüvvələrini darmadağın edərək zəfər çalan Azərbaycanın tam qələbəsi isə işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının ölkə başçısının siyasi iradəsi nəticəsində döyüşsüz geri qaytarılması idi. Bu Zəfər Salnaməsi, eyni zamanda, Prezident-Xalq birliyinin təcəssümü kimi Azərbaycanın hərbi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.

 

İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan parlaq zəfərlə ölkə başçısı cənab İlham Əliyevin adı qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi əbədi olaraq tarixə yazıldı. Məhz onun rəhbərliyi ilə ordumuz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanılmış və Böyük Zəfərə imza atılmışdır. Əldə edilən tarixi zəfər, lokal xarakterli antiterror əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və cari ilin oktyabr ayında Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması ölkə başçısının uzaqgörən siyasi iradəsinin təcəssümü oldu.

 

Bu gün tarixi qisasını alan və gələcəyə inamla baxan Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı qələbənin üçüncü ildönümünü böyük sevinc və  fəxrlə qeyd edir. Milli qürur və iftixar hissini bizə yaşadan əsgərlərimizə təşəkkür edir, Vətənin azadlığı uğrunda canlarını fəda edərək adını tarixə yazan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Dalğalanan bayrağımızın hər zaman yüksəklərdə olmasını arzu edirik!

 

Zəfər Günümüz mübarək!

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi