
Dissertasiya işinin müzakirəsi keçirilib

17 noyabr 2023-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 Dissertasiya şurasının 1203.01- “Kompüter elmləri” ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Şəhla Surxay qızı Hüseynzadənin “İntellektual idarəetmə sistemlərinin genişləndirilmiş petri şəbəkələrinin tətbiqi ilə modelləşdirilməsi” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.