AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Starship-in ilk orbital uçuşunun ikinci cəhdi reallaşdırılıb

20.11.2023 / Maraqlı məlumatlar

Keçən həftənin sonunda SpaceX şirkəti Starship-in ilk orbital uçuşunun ikinci cəhdini reallaşdırdı. Qeyd etmək lazımdır ki, birinci cəhd aprel ayında baş tutmuşdu və uğursuz olmuşdu. Keçən həftənin sonunda reallaşdırılmış ikinci cəhd isə nisbətən uğurlu olub. Baş tutmuş uçuş missiyası çərçivəsində Starship şirkətin Texas ştatında yerləşən Starbase adlı kosmodromundan start götürüb. Bu dəfə Super Heavy raketinin Starship kosmik gəmisindən ayrılma prosesi uğurla nəticələnib.

 
Super Heavy-dən ayrılandan sonra kosmik gəmi öz gücü vasitəsilə uçuşunu davam etdirib. Məlumata əsasən Starship öz mühərriklərini hələ Super Heavy raketindən ayrılmadan öncə işə salıb. Bununla belə Starship-in sürətləndirici raketdən ayrılmasından sonra problemlər başlayıb. Birinci problem onda olub ki, uçuş missiyasının startından 9 dəqiqə sonra SpaceX kosmik gəmi ilə əlaqəni itirib. Nəticədə şirkət mühəndisləri Starship-ə partlamaq əmrini göndərməli olublar.
     
 
72 metr hündürlüyə sahib Super Heavy raketi ilə də hər şey yolunda getməyib. Belə ki, startdan təqribi olaraq 3 dəqiqə sonra baş vermiş ayrılma nəticəsində raket Meksika körfəzinə eniş edən zaman partlayıb. Bütün bunlara baxmayaraq Starship uçuşunu davam etdirərək kosmosa çata bilib. Məlumata əsasən kosmik gəmi 140 km yüksəkliyə qalxa bilib. Qeyd etmək lazımdır ki, kosmosa çıxış məhz 100 km-dən sonra başlayır. Starship-in həmin vaxtdakı sürəti isə saatda 24 000 km təşkil edib.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi