AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir

18.11.2023 / Maraqlı məlumatlar
Amerikalı alimlər təsdiqləyiblər ki, Yer kürəsindən cəmi 22 işıq ili uzaqlığında bizim planetimizi xatırladan ekzoplanet yerləşir. Yer kürəsinə bənzər ekzoplanetlər arasında bu ekzoplanet bizim planetə ən yaxın məsafədə yerləşəndir. Sözügedən ekzoplanet LTT 1445 Ac adını əldə edib və o, TESS teleskopu vasitəsilə 2021-ci ildə kəşf edilib. Bu ekzoplanet tranzit üsulu sayəsində kəşf edilib. Belə ki, ekzoplanet öz ulduzu qarşısından keçən zaman onun parlaqlığını aşağı salır və alimlər bunun sayəsində bu və ya digər ulduz sistemindəki planeti təyin edə bilirlər. Məsələ burasındadır ki, 2021-ci ildə ekzoplanetin müşahidəsini aparmaq çətin iş idi.
     
Səbəb isə ondadır ki, ekzoplanet üçlü ulduz sistemində cırtdan ulduz ətrafında dövr edir. Nəticədə sistemdəki digər iki uklduz cırtdan ulduzun parlaqlığına və şüasının sürətinə təsir göstərir. Müşahidələrə Hubble teleskopunun qoşulması sayəsində məlum olub ki, LTT 1445 Ac adlı ekzoplanet Yer kürəsindən 1.37 dəfə ağırdır. Onun radiusu isə Yer kürəsinin radiusundan 1.07 dəfə böyükdür. Bununla yanaşı məlum olub ki, ekzoplanetin sıxlığı hər kub santimetrə 5.9 qramm təşkil edir. Yer kürıəsində isə bu göstərici hər kub santimetrə 5.51 qramm-dır. Burdan da belə qənaətə gəlmək olar ki, LTT 1445 Ac-ın strukturu ilə tərkibi Yer kürəsinin strukturu ilə tərkibinə bənzəyir.
     
Orda bioloji həyat növünün olub-olmaması məsələsində isə faktlar daha çox “yox” cavabına işarə edirlər. Məsələ burasındadır ki, LTT 1445 Ac öz ulduzu ətrafında tam dövrü 3.12 sutkaya reallaşdırır. Yəni ekzoplanet öz ulduzuna olduqca yaxın məsafədə yerləşir. Onun ulduzunun sadəcə qırmızı cırtdan (Günəşdən daha soyuq ulduz) olmasına baxmayaraq LTT 1445 Ac-ın səthində temperatur göstəricisi 260 dərəcə Selsiyə çatır. Digər tərəfdən əgər planet öz oxu ətrafında fırlanmırsa, onun səthindəki işıq ilə kölgə arasındakı sərhəddə nəzəri cəhətdən bioloji həyat növü mövcud ola bilər. Lakin bu da dəqiq bir fakt deyil. 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi