AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi

31.01.2017 / Xəbərlər

Yanvarin 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın "Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası” və "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, həmin konsepsiya və strategiyanın tədbirlər planında da AzScienceNet EKŞ-nın imkanlarının genişləndirilməsi məsələləri öz əksini tapmışdır.

R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Alimin sözlərinə görə, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, şöbə müdiri Təhmasib Fətəliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, Data Mərkəzin administratoru Tural Mustafayev,   AzScienceNet-in sistem administratoru Səməd Dursunov və institutun sektor müdiri Kəmalə Haşımova  məruzələrlə çıxış etdilər.

Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda çıxış edən Azərbaycan Texnologiya Universitetinin (Gəncə) rektoru, professor Akif Süleymanov tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı, institut tərəfindən təqdim olunan AzScienceNet xidmətinin böyük imkanlara malik olduğunu bildirdi. O, həmçinin gələcəkdə rəhbərlik etdiyi universitetlə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin önəmini qeyd etdi.
 
İdarəetmə Sistemləti İnstitutunun "Beynəlxalq Əlaqələr və İnnovasiya” şobəsinin elmi işçiləri - Əliyeva Aygün, Babayeva Sevinc və Puşnova Valeriya, və mühəndis-proqramçi Məmmədov Vüsal seminarda iştirak etdilər. Sonda iştirakçılara sertifikatlar təqdim edildi.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi