İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir
27.11.2023 / Elmi şuranın iclasları27 noyabr 2023-cü il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyalarının cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak ediblər.
İclasda Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi laboratoriyası, Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası, Neft sənayesində nano-texnologiyaların tətbiqinin riyazi modelləşdirmə laboratoriyası, Siqnalların tanınması və intellektual analizi üsulları laboratoriyası və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin 2023-cü il üzrə hesabatları dinlənilib.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirildi.