Ağıllı ətraf mühit və yaşıl texnologiyalar adlı beynəlxalq konfrans keçiriləcək
28.11.2023 / Maraqlı məlumatlarHörmətli həmkarlar,
11-12 aprel 2024-cü il tarixlərində Odlar Yurdu Universitetində “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar" (Smart environment and green technology) adlı beynəlxalq konfrans keçiriləcək. Konfransın elm komitəsində 20 ölkədən 40-dan çox yerli və xarici alimlər yer alır. Konfransın proqram komitəsində iştirak edəcək alimlərin “H" indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqli məlumat bazalarında (Scopus və WoS) indekslənmələri üçün beynəlxalq Springer nəşriyyatı ilə razılıq əldə edilmişdir.
Konfrans haqqında ətraflı məlumatı aşağıda qeyd olunmuş linklərdən əldə etmək mümkündür: