AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“VIII İnformatika layihə olimpiadası”nın final mərhələsi keçirildi

08.05.2017 / Xəbərlər
Mayın 8-də AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), AMEA-nın İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutları, Qafqaz Universiteti və "İstək” liseyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında "VIII İnformatika layihə olimpiadası”nın (İLO) final mərhələsi keçirildi.

2008-ci ildən etibarən müntəzəm olaraq təşkil olunan olimpiada orta məktəb şagirdlərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilmiş yarışdır. Olimpiadaya "Proqramlaşdırma”, "Veb səhifə”, "Qısa film”, "Animasiya” və "Robot” kateqoriyaları üzrə ümumilikdə 70 layihə təqdim edilmişdir ki, onlardan 40-ı final mərhələsinə vəsiqə qazanmışdır. Yarışmada Bakı məktəbliləri ilə yanaşı, Gəncə, Lənkəran, Quba və digər bölgələrdən olan şagirdlər  də iştirak edirdi.

Qafqaz Universitetində keçirilən olimpiadanın açılış mərasimində çıxış edən universitetin rektoru Ahmet Saniç bildirdi ki, informasiya texnologiyaları üzrə peşəkar kadrların hazırlanmasında dəyərli töhfələrini verən universitet gənclərin yeni elmi biliklərə cəlb edilməsi, kadr hazırlığı səviyyəsinin artırılması məqsədilə müxtəlif səpkili müsabiqə və olimpiadalara ev sahibliyi edir. Bu baxımdan informatika üzrə yarışlarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə təkan verən olimpiadalar xüsusi rola malikdir: "Bu il 8-ci dəfədir keçirilən İLO-nun məqsədi orta məktəb şagirdlərinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağını artırmaq, bu sahədə malik olduqları nəzəri bilikləri praktikada tətbiq etmələrini təmin edərək təcrübə qazanmalarına təkan vermək və ölkəmizdə İKT sahəsi üzrə peşəkar kadrların yetişməsinə şərait yaratmaqdır”.

Bu gün ölkəmizdə İKT sahəsində yeni layihələrin işlənib hazırlanmasına böyük önəm verildiyini dilə gətirən AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bu istiqamətdə innovativ təfəkkürə malik gənclərin rolundan danışdı. Onun sözlərinə görə, olimpiadada təqdim olunan yüksək səviyyəli layihələr ölkəmizdə böyük elmi potensiala malik istedadlı gənclərin yetişməsinin göstəricisidir. Alim bu kimi olimpiadaların keçirilməsinin gələcəyin peşəkar kadrlarını aşkara çıxarmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq İLO-nun fəaliyyətini yüksək qiymətləndirdi. Burada təqdim olunan layihələrin gələcəkdə layihə müəllifləri tərəfindən AMEA-nın institutlarında davam etdirilməsinin mümkünlüyünü önə çəkdi.

Təqdim olunmuş layihələr hər bir kateqoriya üzrə ayrı-ayrılıqda müəyyən olunmuş kriteriyalar üzrə qiymətləndirildi və qaliblər müəyyən olundu. Sonda qaliblərə qiymətli hədiyyələr, medallar və sertifikatlar təqdim olundu.
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi