“Heydər Əliyev İli” çərçivəsində “Milli Ekoloji Prioritetlər və Qlobal İqtisadi Təhditlər: Yeni Çağırışlar, İmkanlar və Perspektivlər” adlı beynəlxalq elmi konfrans
07.12.2023 / Xəbərlər15-16 dekabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhditlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransın məqsədi Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən bütün təşkilat və qurumların səylərini bir akademik platformada birləşdirmək və əldə olunan elmi tədqiqat nəticələrinin elmi–praktiki müzakirəsini təşkil etməkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaqdır:
Milli ekoloji siyasət – Azərbaycanda dövlət siyasətinin istiqamətlərindən biri kimi
Yaşıl, ağıllı və sağlam şəhərlər: perspektivlər və çağırışlar
İqtisadiyyatın ekolojiləşdirilməsi
Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror: iqtisadi təhlil və qiymətləndirmə
Ənənəvi iqtisadi artım modelindən yaşıl iqtisadiyyata keçid
Yaşıl biznes, marketinq və davranış strategiyası
Ekologiya və sağlam həyat
Yaşıl energetika və nəqliyyat
Maliyyə sisteminin inkişafında yeni mərhələ: yaşıl maliyyə trendi
Yaşıl turizm
Konfransın işçi dilləri: Azərbaycan, Türk, İngilis, Rus.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 dekabr 2023-cü il tarixinədək aşağıda göstərilən ünvana göndərilməlidir.
E-mail: [email protected]
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix : 10 dekabr 2023-cü il
Konfransın təntənəli açılış mərasimi : 16 dekabr 2023-cü il
Bölmə iclasları: 16 dekabr 2023-cü il
FORMA 1. Məqalənin tərtibi qaydaları
Format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır
Açar sözlər məqalənin adından sonra göstərilməlidir
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
Məqalə 3 səhifə həcmində olmalıdır.
Konfransın işçi dilləri: Azərbaycan, Türk, İngilis və Rus
Materialların strukturu:
Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə;
Məqalənin adı böyük hərflərlə və qalın şriftlə;
Təşkilat, ölkə və şəhərin adı adi şriftlə;
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək. Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ-2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: [email protected]
Əlaqələndirici şəxs: Ruslan Məmmədov Tel: +994 055 222-05-12
Aşağıdakı linkə keçid edərək konfransın proqramı ilə tanış ola bilərsiniz: