İdarəetmə Sistemləri İnstitutunun kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12.12.2023 / Mühüm xəbərlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun kollektivi dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin məzarını anım günü ilə əlaqədar ziyarət ediblər.
İSİ əməkdaşları dərin hörmət və ehtiram ifadəsi olaraq Ulu Öndərin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə tər gül dəstələri qoyub, ruhları qarşısında baş əyiblər.