AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

2-ci Beynəlxalq İnnovasiyaların İdarə Edilməsi və TRIZ Konfransı (IIMTC) keçirilib

14.12.2023 / Mühüm xəbərlər

7-9 dekabr 2023-cü il tarixlərində Milli Aviasiya Akademiyasında (MAA) beynəlxalq səviyyədə tanınmış elm xadimləri və tədqiqatçıların iştirakı ilə “The 2d International Innovation Management and TRIZ Conference” (IIMTC) adlı tədbir  keçirilib.

        

 

Tədbirin açılış mərasimində MAA-nın Yeni texnologiyalar üzrə prorektoru prof. Xəqani Abdullayev, Türkiyənin Qazi Universitetinin rektoru, prof. Musa Yıldız, Innovation Management and TRIZ Institute - IMTI-nin idarə heyətinin sədri prof. Ali Kutvan çıxışlarında qonaqlara IIMTC-nın məqsədləri haqqında ətraflı məlumat təqdim ediblər. Qeyd olunub ki, müasir dövrdə təhsil alanlara innovasiya texnologiyalarının, TRIZ ixtira alətlərinin (TRİZ – ТРИЗ, Теория решения изобретательских задач – İxtira məsələlərinin həlli nəzəriyyəsi) təşviq edilməsi böyük  əhəmiyyət  kəsb edir.

      

 

Daha sonra TRİZ nəzəriyyəsinin müəllifi, məşhur ixtiraçı, yazıçı fantast Genrix Altşuller adına Şərəf medalının (HONOR AWARD) təqdimat mərasimi keçirilib. G.Altşuller adına ilk medal MAA-nın rektoru, akademik Arif Paşayevə təqdim olunub. Innovation Management and TRIZ Institute İdarə Heyyətinin 63 nömrəli qərarına əsasən G.Altşuller adına Şərəf medalı  təqdim olundu: prof. Musa Yıldıza, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, TRİZ Master, prof. Viktor Feyə, G.Altşullerin nəvəsi, Altşuller Fondunun təsisçisi Yuna Komarçevaya, SSRİ Əməkdar ixtiraçısı prof. Fəxrəddin Həbibova və Bakı Avropa Liseyinə təqdim edilib.

      

 

Konfransın davamında əsas məruzəçilər – TRİZ Master, prof. Viktor Fey, Süni intellekt texnologiyaları (AI) üzrə “Alpine Gate AgI” şirkətinin icraçı direktoru Con Qodel, Qazi Universitetinin professoru Çetin Elmas, Azərbaycan Texniki Universitetinin professoru Mehman Həsənov təqdimatlarını  IIMTC iştirakçılarının diqqətinə təqdim ediblər.

      

 

Konfransda gənclər arasında ixtiraçılıq üzrə “TRIZ Developers Summit” Beynəlxalq müsabiqəsinin “GRAND PRİX 2023” mükafatı Bakı Avropa Liseyinin şagird və müəllimlərinə təqdim olunub.

        

 

Konfrans çərçivəsində “TRİZ nəzəriyyəsi ixtira alətlərinin ali təhsil müəssisələrinin tədris prosesində istifadə imkanları haqqında” adlı Panel Sessiya təşkil olunub. Sessiyada moderator İMTİ-nın icraçı direktoru Natiq Əliyev, TRİZ Master, prof. Viktor Fey (Amerika Birləşmiş Ştatları), SSRİ-nın Əməkdar ixtiraçısı prof. Fəxrəddin Həbibov (Azərbaycan),  Yazıçı-fantast, TRİZ Master, PhD  Pavel Amnuel  (İsrail), TRİZ Expert, “Compino TRİZ” müəssisəsinin həmtəsisçisi Anton Kulakov (Rusiya Federasiyası), MAA-nın TRİZ Klubunun sədri Səidə Əhmədova (Azərbaycan) çıxış ediblər.

           

 

MAA-nın TRİZ Klubunun nəzdində startap layihələrinin səmərəliliyi və bununla əlaqədar TRİZ ixtira alətlərinin tədrisin müvafiq mərhələlərində tətbiqi haqqında fikir mübadiləsinin nəticələri üzrə bu istiqamətdə İMTİ və MAA vasitəsilə TRİZ eksperlər işçi qrupunun təsis edilməsi IIMTC-nın Təşkilat komitəsinə təklif edilib.

      

 

IIMTC-nın ikinci gününün  Panel Sessiyasında (moderator - IMTI layihə meneceri Aynur Hümbətli) beynəlxalq tədqiqatçıların və ali təhsil müəssisələrinin alimlərinin iştirakı ilə İnnovasiya və TRİZ mövzusuna dair elmi məqalələrinin təqdimatı keçirilib.

        

 

Qeyd olundu ki, konfransda təqdim olunan məqalə və materiallar beynəlxalq akademik nəşrlərə (Web of Science, Scobus, EBSCO indeksləri) təqdim olunmaq üçün qeydiyyatdan keçiriləcək.

 

 

Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi