AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

23.12.2023 / Mühüm xəbərlər

Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP Yasamal rayon partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.


Tədbirdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov çıxış edərək rəhbərlik etdiyi müəssisədə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası barədə tədbir iştirakçılarına məlumat verib, cari ildə bu istiqamətdə həyata keçirilən elmi-praktik sessiyalar, beynəlxalq konfranslar barədə ətraflı şəkildə danışıb.


Akademik cari ilin may ayında İSİ ilə ADA Universitetinin alim və mütəxəssislərinin süni intellekt əsasında birgə hazırladıqları virtual robotların təqdimatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirildiyini xatırladaraq elmi yeniliyi iclas iştirakçılarına təqdim edib.


Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan layihənin əhəmiyyətindən danışan Ə.Abbasov qeyd edib ki, layihənin hazırlanmasında istifadə olunan Azərbaycan dilli çatbotu süni intellekt modeli kimi digər botlardan fərqli olaraq yalnız mətn deyil, həm də Azərbaycan dilində nitqin tanınması və səsə çevrilməsi xüsusiyyətlərinə də malikdir. Bildirib ki, süni neyron şəbəkələr vasitəsilə çalışan çatbotda Azərbaycan dilində nitqin tanınması səsin mətnə çevrilməsi və qeyd olunan sualın cavablandırılması kimi mərhələlər yerinə yetirilir. ADA Universiteti ilə birgə əməkdaşlıq nəticəsində regionda ilk dəfə olaraq virtual robotların təqdimatında həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən akademik süni intellektin inkişafı istiqamətində qarşıda duran hədəflərdən söz açıb.


Sonra akademik Əli Abbasov AMEA Rəyasət Heyətinin 5 dekabr 2023-cü il tarixli qərarına əsasən “Heydər Əliyev İli” ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub.


Sonda layihə iştirakçılarından, İSİ-nin laboratoriya müdiri, t.ü.f.d., dosent Əbülfət Fətullayev, t.ü.f.d. Rauf Fətullayev, mütəxəssis Mikayıl Əliyev, ADA Universitetindən t.ü.f.d., dosent Samir Rüstəmov, doktorant Ələkbər Vəlizadə AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi