AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İSİ və BDU arasında birgə yeni layihənin müzakirəsi keçirildi

27.10.2016 / Xəbərlər

27 oktyabr 2016-cı il tarixində AMEA İdarəetmə Sistemləri Institutu (İSİ) və Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) "Nanotexnologiyalar” laboratoriyasında "NANO VƏ DİGƏR TEXNOLOGIYALARIN TƏTBİQİ İLƏ NEFTÇIXARMANIN İNTELLEKTUAL ONLİNE İDARƏETMƏ SİSTEMİNİN YARADILMASI” mövzusunda seminar keçirilmişdir.

Keçirilən seminarda BDU rektoru, akademik Abel Məhərrəmov, "Nanoaraşdırmalar” mərkəzinin rəhbəri, professor Məmmədəli Ramazanov, "Hesablama riyaziyyatı” kafedrasının professoru Vaqif İbrahimov, AMEA İSİ direktoru, akademik Telman Əliyev, İSİ-nin direktor müavini, t.e.d. Oktay Nüsrətov və digər alimlər iştirak etmişdirlər. Akademik Telman Əliyev seminarı giriş sözü ilə açaraq layihənin vacibliyini və əsas məqsədlərini qeyd etmişdir.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırdı.

Sonra İSİ əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat verdilər. İSİ-nin "Neft çıxarma obyektlərinin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının müdiri, t. ü. f. d., dosent Asif Rzayev "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sistemlərinin yaradılması” mövzusunda təqdimatla çıxış etmişdir. Bu istiqamətdə elmi-tədqiqat işlərininin nəticəsi olaraq Azərbaycanın Bibiheybət neft-qaz çıxarma mədənlərində 55 quyu, Şirvan-Oil – 190 quyu və Salyan-Oil LTD şirkətində 140 quyunu əhatə edən14 ədəd qrup şəkilli ölçü qurğusu tətbiq edilmişdir.

Seminarda eyni zamanda layihə ətrafında geniş müzakirələr aparılmışdır.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi