Dissertasiya şurasının iclası keçirilib
12.01.2024 / Dissertasiya şurasının iclasları12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclası keçirilib.
Əvvəlcə Şuranın sədri akademik Əli Abbasov iştirakçıları gündəlikdən irəli gələn məsələlərlə tanış edib.
Sonra Şuranın elmi katibi t.ü.f.d., dosent Tahir Əlizadə cari məsələlər barədə ətraflı məlumat verib. İclasda Şəhla Surxay qızı Hüseynzadənin və 21 noyabr 2023-cü il tarixli Şuranın seminarından keçmiş və uyğun protokolları müdafiə şurasına təqdim olunmuş iddiaçı Şanə Nizami qızı Cahidzadənin dissertasiya işləri üzrə rəsmi opponentlərin təyini və müdafiələrinin keçirilmə tarixinin müəyyən edilməsinə dair komissiyalarının yaradılması məsələsinə baxılıb.
Sonra gündəlikdən irəli gələn məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.