İSİ əməkdaşlarının XII Beynəlxalq ICAFS – 2016 Konfransında İştirakı
30.08.2016 / Xəbərlər29-30 avqust 2016-cı il tarixində Avstriyanın Vyana şəhərində Qeyri Səlis Sistemlər və Soft Computing (ICAFS – 2016) beynəlxalq konfrans keçirilmişdir. İdarəetmə Sistemləri İnstitutunun alimləri konfransda məruzələri ilə çıxış etmişdirlər.
İnstitutun "Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyasının rəhbəri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Musayev Akif Fərhad oğlu konfransda "Qeyri-səlis məntiqin tətbiqi yolu ilə vergi qanunvericiliyi islahatlarının vergi potensialına təsirinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış etmişdir.
Eyni zamanda, İnstitutun "Fazi iqtisadiyyat” laboratoriyasının rəhbəri, iqtisad elmləri doktoru, professor İmanov Qorxmaz Cahangir oğlu "Fuzzy analysis of national innovation development” adlı məruzəsi ilə konfransda iştirak etmişdir.
Həmçinin İnstitutun "Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının baş elmi işçisi, texniki elmlər doktoru, dosent Rzayev Ramin Rza oğlu konfransda "Overcoming of semantic uncertainly in criterion concepts of a procedural law based on using fuzzy inference” və "One approach to complex evaluation of financial stability of commercial banks” adlı məruzələr ilə çıxış etmişdir.
Müzakirələrdə dövlətin qanunvericilik səylərinin vergi potensialına təsirinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə təhlil edilmiş, təsirin qeyd olunan dəyişikliklərin tətbiqinə qədər qiymətləndirilməsinin vacibliyi qeyd edilmiş və məruzədə təklif olunan yanaşmanın əhəmiyyəti nəzərə alınaraq tətbiq olunması tövsiyə edilmişdir.