İSİ Əməkdaşları Formula1 yarışının könüllülər proqramında iştirak etmişlər

17-19 İyun 2016-ci il tarixində Bakıda ilk dəfə Formula1 Avropa Qran-pri yarışları keçirilib.
Paytaxt küçələri bu günlərdə idman və mədəniyyətin parlaq bayram məkanına çevrilmişdir.
19 dekabr 2015-ci ildən 4 mart 2016-ci il tarixinə qədər 10 mindən artıq könüllü Formula1 yarışlarının təşkilində iştirak etmək istəyi ilə ərizə təqdim etmişdir. Qeydiyyatdan keçənlər Könüllülər mərkəzinə müsahibə üçün dəvət olundular. Müsahibədən uğurla keçmiş iştirakçılar yarışlara hazırlıq məqsədi ilə xüsusi seminar və treninqlərdə iştirak etmişlər. Beləliklə, 5 min könüllü seçildi, və onların arasında İSİ əməkdaşları Babayevə Sevinc və Puşnova Valeriya da var idi.
Babayeva Sevinc yarış yolunun uzunluğu 6 km-dən artıq olan hissəsinin müxtəlif məntəqələrində təhlükəsizliyi qorumaq üçün müşahidə edən 300 iştirakçıdan ibarət qrupa "Marschall" mövqeyinə dəvət olunmuşdur.
Puşnova Valeriya Avropa Formula1 Qran-pri yarışlarının açılış mərasiminə dəvət olunan 700-dən artıq aktyor, musiqiçi, rəqqas və könüllülərdən ibarət qrupa "Cast Volonteer" mövqeyinə dəvət olunmuşdur.
Bakıda Formula1Avropa Qran-pri yarışları dövlət səviyyəsində təşkil olunmuşdur ki, buda layihənin statusunu və ölkə üçün kəsb etdiyi vacibliyini vurğulayıb.
Azərbaycan bir daha sübut etdi ki, mühüm iri miqyaslı beynəlxalq layihələri ən yüksək səviyyədə təşkil edib və keçirdməyə qadirdir!