İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Azərbaycan Gəncləri Gününə həsr olunmuş Şəbəkələşmə Formunda iştirak edib
03.02.2024 / Maraqlı məlumatlar1 fevral, 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş Şəbəkələşmə Formunda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Lamiyə Nəcəfova iştirak edib.
Lamiyə Nəcəfova və komanda yoldaşlarının forum çərçivəsində təqdim etdikləri layihə münsiflər tərəfindən qiymətləndirilərək 2-ci yerə seçilmiş, sertifikat və mükafatlara layiq görülmüşdür.