"Doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru" mövzusunda maarifləndirici vebinar keçirilib
06.02.2024 / Maraqlı məlumatlar4 fevral 2024-cü il tarixində AR Elm və təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə "Doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru" mövzusunda maarifləndirici vebinar keçirilmişdir.
Təlimdə Respublikanın müxtəlif Ali Təhsil müəssisələrinin və AMEA-nın institutlarının doktorant və dissertantları, Gənc Alim və Mütəxəssislər Şuralarının üzvləri, həmçinin magistrantlar və doktoranturaya hazırlaşan namizədlər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan İSİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova əvvəlcə doktorantura təhsili və elmi karyera haqqında təlim iştirakçılarına ümumi məlumat vermişdir. Daha sonra təlimçilər doktorantura və dissertanturaya qəbul qaydaları, xarici dil, fəlsəfə imtahanları barədə ətraflı məruzə etmişdir.
Sonda sual-cavab sessiyası keçirilmişdir.