AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Görkəmli alim, akademik Arif Paşayevin 90 yaşı tamam olur

15.02.2024 / Mühüm xəbərlər

Hörmətli Arif müəllim!

 

Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

 

Sizin elmi və elmi-təşkilati fəaliyyətiniz Azərbaycanda fizika, texnika və aerokosmik sahələrinin elmi-texniki inkişafında əsaslı rol oynamış və Sizin şəxsiyyətiniz xüsusi xidmətləri olan görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim kimi ziyalılıq üçün bir nümunədir. Çoxşaxəli elmi fəaliyyətiniz dövründə aparılan tədqiqatların nəticələri istər elmi-nəzəri və tətbiqi, istərsə də strateji cəhətdən mühüm əhəmiyyətə malik olmaqla ixtira səviyyəsində işlənib, beynəlxalq sərgilərdə, müsabiqələrdə qızıl medal və diplomlara layiq görülüb.

 

Məhz Sizin Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına cavab verən yeni tipli ali məktəbə - Milli Aviasiya Akademiyasına rəhbərlik edərək onu yüksək beynəlxalq nüfuzlu ali məktəb səviyyəsinə yüksəltməniz ölkədə mülki aviasiyanın bütün istiqamətləri üzrə yüksək ixtisaslı milli kadr potensialının təmin edilməsində misilsiz rol oynayır. İftixar hissi ilə qeyd edə bilərik ki, bu gün Milli Aviasiya Akademiyası geniş regionda ali, əlavə və xüsusi peşə-ixtisas təhsil proqramını, aviasiya mütəxəssislərinin ixtisaslaşmasını, yenidən hazırlığını, həmçinin bu sahədə müvafiq elmi-tədqiqat və təcrübi konstruktor işlərini həyata keçirən strateji əhəmiyyətə malik mülki aviasiyanın beynəlxalq standartlarına cavab verən ən nüfuzlu ali təhsil müəssisəsidir.

 

Sizin elmi əsərləriniz mühüm nəzəri və praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər, doktorantlar üçün də çox dəyərli olub, xarici ölkələrdə də alimlərimizə böyük şöhrət qazandırır. Kadr hazırlığı, təhsilin səviyyəsinin yüksəldilməsi, mühəndislik elmi-tədqiqatların koordinasiyası, praktiki layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkilinə bəxş etdiyiniz töhfələriniz Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində mühüm rol oynayır.

 

Hörmətli Arif müəllim, Siz, həmçinin bir azərbaycanlı kimi ictimai-siyasi fəaliyyətinizlə xalqımızın xoşbəxtliyi, vətənimizin azadlığı və ölkəmizin suverenliyi uğrunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin zəfərə aparan siyasətinə dəyərli töhfələrinizi verirsiniz. Siz əsl insan, etibarlı dost və müdrik şəxsiyyətsiniz.

 

Çox hörmətli Arif müəllim, İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından Sizi 90 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, cansağlığı və ailə səadəti, həmçinin Azərbaycan dövlətçiliyinin və elminin inkişafı istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.

 

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru

Akademik Əli Abbasov

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi