
Dissertasiya işinin müzakirəsi keçirilib

14 fevral 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının elmi seminarının iclasında iddiaçı Həmidov Sabir İsa oğlunun 3338.01-“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Neyman tipli diskret iqtisadi dinamika modellərinin tədqiqi” mövzusunda riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.