OpenAI robotlar üçün süni zəka modellərini hazırlayacaq
04.03.2024 / Maraqlı məlumatlarChatGPT-nin yaradıcısı OpenAI şirkəti Figure AI adlı startap ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən OpenAI şirkəti Figure AI startapının robotları üçün yeni nəsil süni zəka modellərini hazırlayacaq. Hazırlanacaq süni zəka modelləri vasitəsilə robotlar ünsiyyət kimi yeni bacarıqları əldə edəcəklər. Figure AI öz növbəsində bildirib ki, bu əməkdaşlıq onun robotlarının məlumatları emal etmə və dil vasitəsilə əsaslandırma kimi mövzularda imkanlarını genişləndirəcək və üstəlik onların kommersiya məqsədli versiyalarının satışa çıxarılması prosesini sürətləndirəcək. Məsələn startapın Figure-01 adlı yeni robotu istehsalat, logistika və pərakəndə satış kimi sahələrdə faydalı ola bilər. Bu isə öz növbəsində işçi qüvvəsinin çatışmadığı bu sahələr üçün müsbət effekt xarakterini daşıyacaq.