“Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçiriləcək
07.03.2024 / Maraqlı məlumatlarHörmətli Həmkarlar!
26-27 Aprel 2024-cü il tarixlərində Bakı Mühəndislik Universitetində “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçiriləcəkdir.
Konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsi və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, eləcə də gənclərin elmə marağını artırmaqdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: