AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!

15.03.2024 / Maraqlı məlumatlar
NASA, 1976-cı ildə Viking layihəsi ilə gerçəkləşdirdiyi ilk yerüstü missiyasından bəri doqquz robotunu Marsa uğurla endirməyi bacarsa da, insanların Marsa təhlükəsiz şəkildə çatdırılmasının tamamilə yeni yanaşmalar və texnologiyalar tələb etdiyini yaxşı başa düşür. Buna görə də, NASA, dünyanın ən sürətli superkompüteri olan Frontier-dən istifadə edərək ekipajlı Mars kosmik gəmisinin Qırmızı Planetdə enişini simulyasiya edib.
     
Son Mars missiyalarından fərqli olaraq, NASA insanları Marsa endirmək üçün eniş aparatına paraşütlər daxil etməyəcək. Bunun əvəzinə insanı Marsa endirmək üçün retropulsiyadan istifadə etmək planlaşdırılır. Yəni sürəti azaltmaq üçün uçuş aparatının istilik sipərinə quraşdırılmış və irəliyə yönəlmiş raketlərdən.
 
Bu planların əsas problem isə ondadır ki, NASA əvvəllər heç vaxt belə bir uçuş həyata keçirməyib. Ağıllara paraşütdən istifadə etmək fikri gələ bilər, amma bu da mümkün deyil. NASA-nın robotlaşdırılmış nəqliyyat vasitələrində paraşütlərdən istifadə etməsi mümkün olsa da, insanlı eniş aparatında paraşütdən istifadə etməsi fiziki olaraq mümkün olmayacaq. Buna səbəb, yeni eniş aparatının çəkisinin əvvəlki eniş aparatının çəkisindən təxminən 20-50 dəfə ağır olmasıdır. Əlavə olaraq, Marsın nazik atmosferinin Yerin atmosferindən təxminən 100 dəfə az sıxlığa malik olması belə böyük bir nəqliyyat vasitəsinin paraşütlə enməsinə imkan vermir.
 
NASA, məhz bu səbəblərə görə superkompüterlər vasitəsilə eniş aparatlarını simulyasiya etməli olur. Komanda dünyanın ən sürətli və ilk exascale superkompüteri olan Frontier-dən istifadə edərək 2023-cü ildə tam sınaq uçuşunu simulyasiya edə bilib. İndiyə qədər isə komanda simulyasiya edilmiş mühiti yaratmaq üzərində çalışırdı. Hər bir simulyasiyada 15.000-20.000 GPU istifadə edilərək 1000 terabaytlıq (bir petabayt) nəhəng məlumatlar əldə edilir. NASA tədqiqatçıları indi bu simulyasiyaları dəfələrlə təkrarlamağı və ən ideal yanaşmaları kəşf etməyi hədəfləyirlər.
technote.az
Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi