AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

19.03.2024 / Elmi şuranın iclasları

18 mart 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda institutun rəhbərliyi ilə yanaşı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, t.e.d., professor Əminağa Sadıqov, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

 

İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyevə verib.

 

E.Səbziyev “Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, “Əməkdar elm xadimi”, i.e.d., professor Yadulla Həsənlinin və “İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri” laboratoriyasının informasiya texnologiyaları üzrə tədqiqatçısı, t.ü.f.d. Xanmurad Abdullayevin 65 illik yubileyləri haqqında məsələ ətrafında çıxış edib. Görkəmli alimlərin elmi və pedaqoji fəaliyyətləri, Azərbyacan elminə bəxş etdikləri töhfələrdən ətraflı şəkildə söz açıb, onlara zəngin elmi yaradıcılıqlarında yeni müvəffəqiyyətlər arzulayıb.

 

Sonra mövzu ilə bağlı çıxış edən Ə.Sadıqov uzun illər İdarəetmə Sistemləri İnstitutunda çalışan dəyərli alimlərin çoxşaxəli fəaliyyətləri, mühüm elmi nailiyyətləri və nəcib insani keyfiyyətlərindən söz açıb, onlara yeni uğurlar arzu edib.

 

Elmi şura üzvləri tərəfindən Y.Həsənli və X.Abdullayevin 65 illik yubileyləri haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə yekdilliklə qərar qəbul edilib. 

 

Daha sonra akademik Əli Abbasov Y.Həsənli və X.Abdullayevi 65 illik yubileyləri və uzunmüddətli səmərəli elmi fəaliyyətlərinə görə institutun Fəxri Fərmanı ilə təltif edib.

 

Gündəlikdən irəli gələn növbəti mövzu ətrafında çıxış edən institutun elmi katibi Zəhra Əzizova 2023-cü ildə institutun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturasına və dissertanturasına qəbul olunan doktorantların və dissertantların fərdi iş planları haqqında məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb, Elmi şura üzvləri tərəfindən səsvermə keçirilərək məsələ təsdiq olunub.

 

Sonra İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Stetsyuk Pyotr İvanoviçin “Математическое моделирование и оптимизация» (Riyazi modelləşdirmə və optimizasiya) ixtisası üzrə Ukrayna EA-nın müxbir üzvlüyünə namizədliyin dəstəklənməsi haqqında məruzə edib. Məsələ ətrafında AMEA-nın müşaviri, akademik Telman Əliyev və Ə.Sadıqov çıxış edib, şura üzvləri tərəfindən səsvermə keçirilərək qərar yekdilliklə qəbul olunub.  

 

Daha sonra Z.Əzizova 6 saylı laboratoriyanın aparıcı elmi işçisi, i.ü.f.d. Aygün Əliyevaya 5311.01 “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə və 4 saylı laboratoriyanın aparıcı elmi işçisi, r.ü.f.d. Ramin Zeynalova 1211.01 “Diferensial tənliklər” ixtisası üzrə dosent elmi adlarının verilməsi haqqında çıxış edib. Z.Əzizova əməkdaşların elmi, pedaqoji fəaliyyəti və nüfuzlu elmi bazalarda dərc olunan əsərləri barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mövzu ətrafında fikirlər səsləndirilərək gizli səsvermə keçirilib və məsələnin Ali Attestasiya Komisiyasına təqdim olunması barədə yekdilliklə qərar qəbul olunub.

 

Sonra İdarəetmə sistemləri İnstitutunun yubileyi haqqında məsələyə baxılıb, qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində akademik Telman Əliyevin rəhbərliyi ilə komisiyanın yaradılması qərara alınıb, müvafiq tapşırıqlar səsləndirlib.  

 

Sonda gündəlikdən irəli gələn bir sıra cari  məsələlərə baxılıb.

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi