İnşaat Mexanikası, Hidravlika və Su Ehtiyatları Mühəndisliyi üzrə VI Beynəlxalq elmi konfrans keçiriləcək
03.04.2024 / Maraqlı məlumatlar25-27 aprel 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə Özbəkistanın Qarşi Mühəndislik İqtisadiyyat İnstitutunda "İnşaat Mexanikası, Hidravlika və Su Ehtiyatları Mühəndisliyi" (CONMECHYDRO 2024) üzrə VI Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda elm və texnologiya sahələrindən qəbul olunmuş təqdimatlar Scopus (Elsevier) tərəfindən indeksləşdirilmiş jurnalda dərc olunacaq.
Konfransın müzakirə mövzuları:
Ekologiya, hidroenergetika və fiziki proseslərin modelləşdirilməsi
Yol tikintisi, tikinti konstruksiyaları və materialları
Quruluşların hidravlikası, hidrotexnika və meliorasiya tikintisi
Kənd təsərrüfatının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və bərpa olunan enerji mənbələri
Mühəndislik materialları elmi, intellektual nəqliyyat sistemləri və nəqliyyat logistikası
Konfransda iştirak etmək üçün aşağıda göstərilən ünvanda qeydiyyatdan keçə bilərsiniz: