
Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!

Stanford Universitetinin nəşr etdiyi "AI Index 2024" hesabatı həyatımızın ayrılmaz hissəsinə çevrilən süni intellekt sənayesi ilə bağlı təəccüblü təfərrüatları açıqlayıb. Bu dəfə Stanford Universitetinin səlahiyyətliləri çox detallı bir araşdırma apararaq ən etibarlı süni intellekt dil modellərini təyin ediblər.
Tədqiqat zamanı DecodingTrust prinsipləri çərçivəsində süni intellekt dil modelləri sınaqdan keçirilib. Dərhal DecodingTrust-u izah edək: bu sistem ədalətlilik, qərəzlilik, məxfiliyin qorunması, təhlükəsizlik və maşın öyrənmə etikası kimi mühüm mövzularda süni intellekt dil modellərini qiymətləndirir. Buna əsaslanaraq, Stanford Universiteti bütün məlum süni intellekt dil modellərini sınaqdan keçirdərək onları etibarlılıq səviyyəsinə görə sıralayıblar.