Elmi şuranın növbəti iclası keçirildi
16.11.2017 / Elmi şuranın iclasları16 noyabr 2017-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 5 saylı “Xarici əlaqələr və innovasiya” şöbəsinin, 4.3 saylı “Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratoriyasının, 1.6 saylı “İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri” laboratoriyasının, 3.6 saylı “Biliklərin intellektual analizi” laboratoriyasının , 2.4 saylı “Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə” laboratoriyasının, 3.4 saylı Ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının, 1.10 saylı Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması laboratoriyasının, 1.2 saylı Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri laboratoriyasının və 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının 2017-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.