
Dissertasiya işinin müdaiəsi keçirilib

3 may 2024-cü il tarixində AR ETN İdarəetmə Sistemləri institutunda ED 1.20 Dissertasiya şurasının iclası keçirilmişdir.
İclasda iddiaçı Mohammad Ali Mofleh Al Qudahın 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Süni intellekt texnologiyalarinin E-hökumətdə vətəndaş xidmətləri üçün tətbiqi” (“Application of artificial intelligence technologies for citizen services in e-government”) mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.