
"Yerin müşahidəsi üzrə müsabiqə" keçiriləcək
07.05.2024 / Maraqlı məlumatlar
Hörmətli həmkarlar,
Azərbaycan Respublikasının Kosmik Agentliyi 2016-cı ildən bəri hər il keçirilən "Yerin müşahidəsi üzrə müsabiqə"nin 2024-cü ildə bir daha keçiriləcəyini elan etmişdir.
Müsabiqənin keçirilməsidə əsas məqsəd peyk məlumatlarının ölkə daxilində istifadəsini təsvir etmək, Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi sahəsini daha da
genişləndirmək və bu sahə üzrə ictimaiyyət arasında maarifləndirməni artırmaqdan ibarətdir.
2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi çərçivəsində müsabiqənin cari il üçün mövzusu iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunur.
Sözügedən müsabiqədə elmi tədqiqatla məşğul olan, 18-35 yaş aralığında olan gənclər iştirak edə bilərlər. Bunun üçün ilk növbədə 31 may 2024-cü il tarixinədək azercosmos.az saytında yerləşdirilmiş iştirak formasını dolduraraq peyk təsvirləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan elmi araşdırma və ya tədqiqatın qısa məzmununu təqdim etmək lazımdır.
Qeyd edək ki, ilk üç yeri tutan iştirakçı pul mükafatı ilə təltif olunacaqdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


