Dissertasiya Şurasının elmi seminarı keçirilib
29.05.2024 / Dissertasiya şurasının iclasları29 may 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.19 Dissertasiya şurasının 3338.01-“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında iddiaçı İlkin Ələddin oğlu Məhərrəmovun “Neftçıxarma prosesində optimallaşdırma və identifikasiya məsələlərinin həlli alqoritmləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsinin elmi seminarı keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.