AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

19 milyon kompüterə sızan dünyanın ən böyük botnet şəbəkəsi məhv edilib

31.05.2024 / Maraqlı məlumatlar

Dünyanın ən böyük botnet şəbəkəsi kimi tanınan 911 S5-in arxasında duran şəxs tutulub. Bildirilir ki, bu mürəkkəb şəbəkə sayəsində cinayətkar ən azı 99 milyon dollar gəlir əldə edib.
ABŞ Ədliyyə Departamentinin rəhbərlik etdiyi beynəlxalq hüquq-mühafizə orqanı kiberhücumlar, irimiqyaslı fırıldaqçılıq, uşaq istismarı, təcavüz, bomba təhdidləri və ixrac pozuntuları törətmək üçün istifadə edilən dünyanın ən böyük botnet şəbəkəsini məhv edib. Əməliyyat çərçivəsində şəbəkənin arxasında duran şəxs kimi tanınan Çin vətəndaşı 35 yaşlı YunHe Wang həbs edilib.

 

Verilən açıqlamalara görə, YunHe Wanq mayın 24-də zərərli proqramların yayılması və “911 S5" kimi tanınan proksi xidmətinin yaradılması və istismarı ilə bağlı ittihamlarla həbs edilib. Bu yüksək əhatəli botnet, 190-dan çox ölkəni əhatə edən yoluxmuş IP ünvanlarından ibarət idi və 2014-cü ildən başlayaraq 8 il ərzində aktiv olaraq çalışırdı. Digər açıqlamalara görə, Wang, yüzlərlə dollar müqabilində kibercinayətkarlara bu şəbəkəyə girişi təmin etməklə ən azı 99 milyon dollar qazanıb. Cinayətkarın bu pullarla dəbdəbəli avtomobillər, saatlar və daşınmaz əmlak aldığı müəyyən edilib. 911 S5 müştərisinin müəyyən pandemiya yardım proqramlarını hədəf aldığı iddia edilir. Əslində bu yolla 5.9 milyard dollardan çox vəsaitin oğurlandığı bildirilir.

 

Həmçinin bildirilir ki, Wang, zərərli proqram təminatını MaskVPN və DewVPN kimi VPN proqramları və lisenziyalı proqram təminatının pirat versiyaları da daxil olmaqla digər proqram faylları ilə birləşdirərək dünya üzrə 19 milyondan çox IP ünvanını yoluxdurub. FTB direktoru Christopher Wray, botnet-in görünməmiş miqyasını vurğulayaraq, onu "yəqin ki, dünyanın indiyə qədər tanıdığı ən böyük botnet" olaraq adlandırıb. ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, Wang, bank fırıldaqçılığı, kompüter fırıldaqçılığı və çirkli pulların yuyulması üçün sui-qəsd ittihamları da daxil olmaqla, bütün maddələr üzrə təqsirli bilinərsə, onu 65 ilə qədər həbs cəzası gözləyir.

 

technote.az

 

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi