
İdarəetmə Sistemləri İnstitutunda ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu keçirilmişdir
04.06.2024 / Mühüm xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun “Yay imtahan sessiyasının keçirilməsi haqqında” əmrinə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin yay imtahan sessiyasında ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu məqsədilə AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin, texnika elmləri doktorları Elxan Səbziyevin və Nailə Musayevanın sədrliyi ilə imtahan komissiyaları yaradılmışdır.
30 və 31 may 2024-cü il tarixlərinə təyin olunmuş imtahanlarda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 1203.01 – “Kompüter elmləri” (riyaziyyat və texnika istiqamətləri üzrə) ixtisaslarından doktorluq imtahanlarında 3 iddiaçı iştirak etmişdir.
İmtahan sessiyası başa çatmışdır.


