AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib

06.06.2024 / Maraqlı məlumatlar
Hal-hazırda dünya ekologiyasının əsas ciddi problemlərindən biri də plastik tullantılardır. Problem hətta o dərəcəyə çatıb ki, mikroplastik hissəciklərə müxtəlif yerlərdə rast gəlinir. İnsan orqanizmindən tutmuş içməli suyun tərkibinə kimi. Alimləri narahat edən digər bir məsələ isə Sakit okeanda mövcud olan iri həcmdə plastik tullantılardır. Lakin bu mövzu ilə bağlı yaxşı xəbər də var. Belə ki, alimlər okean vasitəsilə daşınılan və plastik tullantıları yeyən yeni dəniz göbələyi növünü kəşf ediblər. Sözügedən yeni göbələk növü Parengyodontium album adını əldə edib və o, Sakit okeanın şimal hissəsində olan plastik tullantıların daxilində və ətrafında yaşayan digər mikroblarlardan təşkil edilmiş nazik layın arasında aşkar edilib.
   
Alimlər bildiriblər ki, bu, plastik tullantıları udmağa və parçalamağa qadir dördüncü dəniz göbələyidir. Mütəxəssislər Parengyodontium album adlı yeni dəniz göbələyini analiz edərək belə qənaətə gəliblər ki, o, polietileni spesifik şəkildə parçalamaq qabiliyyətinə sahibdir. Qeyd etmək lazımdır ki, ən geniş yayılmış və istehlakçı məhsullarının hazırlanmasında ən çox istifadə edilən plastik növü məhz polietilendir. Ondan plastik butulkaların, qida məhsullarının daşınması üçün nəzərdə tutulmuş paketlərin və s. hazırlanmasında istifadə edilir. Bundan əlavə olaraq dünyada geniş yayılmış plastik tullantıların əksəriyyətini də məhz polietilən təşkil edir. Ultrabənövşəyi şüalanma özü plastik tullantını məhv etmə mexanizminə sahibdir.
       
Lakin aparılmış yeni tədqiqatlara əsasən o həmçinin dəniz göbələyi üzərindən plastik tullantıların bioloji parçalanmasına şərait yaradır. Dünya okeanı plastik tullantılarla zəngindir. Bu tullantılar təkcə okeana deyil, bütün ekosistemə zərər vururlar. Alimlərin sözlərinə əsasən plastik tullantıların parçalanması prosesini sürətləndirən yeni növ göbələyin kəşf edilməsi yaxşı xəbərdir. Lakin o da bu ciddi problemin həll yolu deyil. Belə ki, aparılmış tədqiqata əsasən laboratoriya şəraitində yetişdirilmiş göbələk ultrabənövşəyi şüalanmanın təsirinə məruz qalmış plastik materialı gündə 0.05% sürətlə parçalaya bilir. Bunun bir nəticə olmasına baxmayaraq böyük həcmli plastik tullantıların öhdəsindən gəlmək üçün bu cür göbələyə həddindən artıq zaman lazım olacaq. Alimlər düşünürlər ki, Yer kürəsində plastik tullantıları məhv edə biləcək daha böyük orqanizmlər ola bilər. Sadəcə olaraq onları tapmaq lazımdır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi