AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Starliner gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

07.06.2024 / Maraqlı məlumatlar

Göyərtəsində astronavtlar (61 yaşlı Batç Uilmor və 58 yaşlı Sani Uillyams) olan “Boeing” şirkətinin ilk pilotlu “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

AZƏRTAC ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, dok manevri planlaşdırılan vaxtdan 80 dəqiqə gec başa çatıb. Gecikməyə səbəb kosmik kapsulun hərəkət sistemində yaranan problemlər olub. NASA-nın canlı yayımda olan şərhçisi qeyd edib: “Başlanğıcdan sonra daha iki sızma baş verdi. Hansısa məqamda manevr üçün istifadə edilən 28 korreksiyaedici ucluqdan beşi uğursuz oldu. Lakin sonradan beş hərəkətverici ucluqdan dördü yenidən işləməyə başladı ki, bu da BKS ilə uğurlu birləşməyə imkan verdi”.

“Boeing” korporasiyası göyərtəsində iki amerikalı astronavtla birlikdə “Starliner” kosmik gəmisini üçüncü cəhddən sonra BKS-ə göndərib. İyunun 5-də cihaz Florida ştatının Kanaveral burnundan “United Launch Alliance Atlas V” daşıyıcı raketindən istifadə etməklə buraxılıb.

Astronavtlar təxminən bir həftə stansiyada qalacaqlar. NASA bildirir ki, buraxılışın məqsədi kosmik gəminin sonradan stansiyaya və Yerə müntəzəm və təhlükəsiz uçuşlar həyata keçirə bilməsi üçün sertifikatlaşdırılmasıdır.

“Starliner”in kosmosa buraxılması üçün ilk cəhd mayın 6-da, ikincisi isə iyunun 1-də baş tutub. Onların hər ikisi texniki problemlərə görə ləğv edilib. Bu kosmik gəmi 2014-cü ildən dövlət-özəl tərəfdaşlığı çərçivəsində və NASA ilə müqavilə əsasında “Boeing” tərəfindən hazırlanıb.

 

azertag.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi