AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!

11.06.2024 / Maraqlı məlumatlar

ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
ESA-nın Aya enən ilk vasitəsi, Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların varlığını təsbit edib. Ay səthində yeni plazma komponentinin kəşfi kosmik fizika və yenilənmiş Ay tədqiqi dövründə insan və robot missiyaları üçün yeni pəncərə açır. Açıqlamaya görə, Ayda ilk mənfi ion detektoru fasilələrlə çalışıb və 3 saatdan çox məlumat toplayıb. Bu müddət, missiyanın müvəffəqiyyəti üçün lazım olan zamandan 3 dəfə çoxdur. Beləliklə, ESA, ilk dəfə Ay səthi ilə bağlı elmi məlumatlar çıxarmış və bunu Çinin sayəsində etmiş oldu.

ESA-nın İsveç Kosmik Fizika İnstitutu (IRF) tərəfindən qurulan eksperimentin baş müstəntiqi Martin Wieser, açıqlamasında "Aydakı bu müşahidələr, bizə səth mühitini daha yaxşı anlamağa kömək edəcək və planetlərdən tutmuş asteroidlərə və digər peyklərə qədər Günəş sistemindəki digər atmosfersiz cisimlərdəki mənfi ion populyasiyalarının tədqiqi üçün bələdçi rolunu oynayacaq." sözlərini deyib. Məlum olduğu kimi, Günəş küləyi ulduzumuzdan gələn radiasiya və hissəciklərin davamlı axınıdır. Yerin maqnit sahəsi bizi bu axından qoruyan qalxan rolunu oynayır. Digər tərəfdən, Ayın maqnit sahəsi yoxdur və onun ekzosfer adlanan çox nazik atmosferi onu qoruya bilməz. Günəş küləyi Aya vurduqda səth reaksiya verir və ikinci dərəcəli fraqmentlərin əmələ gəlməsinə səbəb olur.

Bu hissəciklər, müsbət və ya mənfi yüklü və ya heç yüksüz ola bilər. Müsbət yüklü hissəcikləri daha əvvəllər orbitdən ölçmək mümkün olsa da, mənfi hissəcikləri ölçmək daha çətin olub. Çünki mənfi ionlar, qısa ömürlü olduqları üçün orbitə çata bilmir. NILS ilə ESA, mümkün qədər səthə yaxınlaşıb və bu ölçmələri apararaq itkin parçanı aşkar edib.

technote.az

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi