AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!

11.06.2024 / Maraqlı məlumatlar

MIT və Texas Universitetinin tədqiqatçıları, dünyanın ilk çip əsaslı 3D printerini hazırlayıblar. Qəpik ölçülü 3D printer, ani istehsalatda inqilabi yenilik edə bilər.
Bu kiçik cihaz, istifadəçilərə yolda olarkən tez bir zamanda fərdiləşdirilmiş, ucuz obyektlər (məsələn, sınan velosiped çarxını təmir etmək üçün bərkidici və ya kritik tibbi əməliyyatı üçün komponent) istehsal etməyə imkan verə bilər. Tədqiqatçıların konseptual cihazı, yenidən konfiqurasiya oluna bilən şüaları işıq vurduqda bərk formada olan qatran kamerasına yayan millimetr miqyaslı fotonik çipdən ibarətdir.

Prototip çipin hərəkət edən hissələr yoxdur, bunun əvəzinə işıq şüasını istiqamətləndirmək üçün bir sıra kiçik optik antenalardan istifadə edir. Şüa, görünən işığın dalğa uzunluqlarına məruz qaldıqda sürətlə sərtləşmək üçün nəzərdə tutulmuş maye qatran üzərində əks olunur. Bu şəkildə komponentlər, bir neçə saniyə ərzində tam olaraq yaradıla bilər. Uzunmüddətli perspektivdə tədqiqatçılar, fotonik çipin qatran kamerasının dibində oturduğu və görünən işığın 3D holoqramını yaymaqla bütün obyekti bir addımda sürətlə sərtləşdirdiyi bir sistem hədəfləyirlər. Bu tip portativ 3D printer, klinisistlərə fərdiləşdirilmiş tibbi cihaz komponentləri yaratmağa imkan vermək və ya mühəndislərə iş yerində sürətli prototiplər yaratmağa imkan vermək kimi bir çox potensial tətbiqlərə malik ola bilər. Bu tətbiqlər Yerlə yanaşı, Ay və Mars kimi dərin kosmik missiyalarda da istifadə edilə bilər.
 
 
Tədqiqatın baş müəllifi, professor Jelena Notaros, açıqlamada "Bu sistem, 3D printerin nə olduğunu tamamilə yenidən nəzərdən keçirdir. Bu, artıq laboratoriyada masanın üzərində oturıb, obyektlər istehsal edən böyük bir qutu deyil, əlində tutula bilən və gəzdirilə bilən bir şeydir. Nəticədə ortaya çıxa biləcək yeni tətbiqlər və 3D çap sahəsinin necə dəyişə biləcəyi haqqında düşünmək həyəcanvericidir.” Komanda, hələ ki, yekun məhsula nail ola bilməsə də, prototiplərini saniyələr ərzində ixtiyari iki ölçülü formadakı komponenti 3D formatda çap etmək üçün istifadə ediblər. İndi isə onlar hazırki prototipdən yola çıxaraq, ilkin olaraq konseptuallaşdırdıqları sistemə bənzər bir sistemin inkişafı istiqamətində, yəni yalnız bir addımda həcmli 3D çapı təmin etmək üçün qatran kamerasında görünən işıq holoqramı yayan çip üzərində işləmək istəyirlər. Lakin bunun üçün tamamilə yeni silikon-fotonik çip dizaynı lazımdır. Ancaq komanda, artıq belə bir sistemin necə olacağını açıqlayıb.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi