AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA Yer kürəsinin asteroidlə toqquşma ehtimalında konkret həllərə sahib deyil

27.06.2024 / Xəbərlər

NASA-nın yerinə yetirdiyi əsas işlərdən biri də Yer kürəsi üçün potensial təhlükəli ola biləcək asteroid və kometaların hərəkətlərini nəzarətdə saxlamaqdır. İndi isə NASA bu mövzu ilə bağlı yeni hesabatını təqdim edib. Təqdim edilmiş hesabatda qeyd edilib ki, kosmik agentlik planetin asteroid ilə toqquşma halından qorunması üçün lazımi infrastruktura sahib deyil. Hesabatda NASA daxilində planetin asteroid ilə toqquşması ssenarisi üzrə xüsusi təlimlərin keçdiyi qeyd edilib. Keçirilmiş həmin təlimlər çərçivəsində 12 iyul 2038-ci il tarixində Yer kürəsinin asteroid ilə 72%-lik ehtimal ilə mümkün toqquşmasını əhatə edən vəziyyət nəzərdən keçirilib. Təlimlər çərçivəsində tərtib edilmiş ssenariyə əsasən toqquşma potensialına sahib asteroidin diametri 60 metrdən 800 metrə qədər təşkil edib.
Toqquşma nəticəsində heç kimin zərər çəkməmə ehtimalı 45%, 1000 nəfər insanın zərər çəkmə ehtimalı 47%, 100 000-dən çox insanın zərər çəkmə ehtimalı 28%, 1 milyondan çox insanın zərər çəkmə ehtimalı 8%, 10 milyondan çox insanın zərər çəkmə ehtimalı isə 0.04% qiymətləndirilib. Zərər çəkəcək zonalar kimi ABŞ, Meksika, Portuqaliya, İspaniya, Tunis, Əlcəzair, Liviya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla geniş ərazi seçilib. NASA-nın bu təlimlərdə iştirak etmiş bir çox şöbəsi kosmik agentliyin belə hallardakı tədbirlərində çoxlu sayda kritik boşluqlar aşkar ediblər. Əsasən də planlaşdırma və kommunikasiya mövzularında. Məsələn hesabatda qeyd edilib ki, asteroidin Yer kürəsinə yaxınlaşma halının aşkar edildiyi vəziyyətdə buna konkret təyin edilmiş reaksiya prosesi mövcud deyil.Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, indiyənə kimi Yer kürəsinin asteroidlə toqquşmasının qarşısının alınması mövzusunda yalnız bir praktik təcrübə keçirilib. Söhbət, Double Asteroid Redirection Test (DART) missiyasından gedir. Qeyd etmək lazımdır ki, 2022-ci ilin ikinci yarısında baş tutmuş bu missiya çərçivəsində DART adlı kiçik ölçülü kosmik aparat Dimorf adlı asteroidin hərəkət trayektoriyasını dəyişmək üçün onunla toqquşmuşdu. “Asteroidlə toqquşma təhlükəsi halında ola biləcək kosmik missiyaların reallaşdırılması qərarının qəbul edilməsi prosesi hələ də qeyri-müəıyyən olaraq qalır. Bu proses nə ABŞ-da nədə ki, beynəlxalq səviyyədə konkret şəkildə təyin edilməyib” - deyə hesabatda qeyd edilib.


technote.az

Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 14.05.2025
    2025-ci il üçün doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi